Prezident 4 rayonun icra başçısını İŞDƏN ÇIXARDI VƏ... - SƏRƏNCAM

Baxış sayı:
9844

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin sərəncamı ilə Asif Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də yeni təyinat olub. Dövlət başçısının sərəncamları ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müvafiq sərəncamlarla Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.