​Premyer Liqaya yeni komanda gəlir? - BAŞ KATİB AÇIQLADI

Baxış sayı:
4465

Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib.
O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib:
"Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".