​Premyer Liqada ayın ən yaxşıları məlum oldu

Baxış sayı:
1906

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard ən yaxşı futbolçu seçilib. Belçikalı oyunçu ötən ay Premyer Liqada 4 oyunda 5 qol vurub.
Ən yaxşı baş məşqçi adına isə "Vulverhempton"un çalışdırıcısı Nunu Eşpiritu Santu layiq görülüb. "Canavarlar" ötən ay 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib.