Pərdə arxası ortaya çıxdı: TERRORÇULAR QALDIRTMIŞ

Baxış sayı:
4471

Türk artilleriyasının Afrinə silah və sursat daşıyan terror dəstəyini nöqtə atışı və tam isabətlə vurduğu görüntülərə dair videonun Youtube-dan silinməsinin "mütəşəkkil fəaliyyət" olduğu ortaya çıxıb.
 
İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) sədri Ömər Fatih Sayan, videoların eyni anda spamlama üsulu saxladığını bildirərək, "Bir videonu eyni anda spamlama ilə yoxlaya bilir. Min adam eyni anda hücum edib, o video qaldırılsın, deyə, şikayət etsə, onda o videonun translyasiyası dayandırılır. " deyib. Sayan, videonun, terror təşkilatının səyi ilə spamlandığını vurğulayıb.
Sayan, Youtube ləğv etdikdən qısa müddət sonra yenidən icazə verdiyi Afrin videosu ilə bağlı sualı cavablandırıb. Sayan, "qadağa deyə bir şey yoxdur. Bizə verilən cavab belə deyil. Hadisə bundan ibarətdir. Onların öz avtomatik sistemləri var. Biz də müdaxilə etdik. Bir videonu eyni anda spamlama da yoxlaya bilir. Min adam eyni anda hücum edib o video qaldırılsın deyə şikayət etsə, müəyyən alqoritmlər var, elə bir alqoritmə məruz qalmışdır. Məruz qalanda da avtomatik hər hansı bir əngəl olmadan da avtomatik olaraq endirilmişdir" deyib.
 
Daha yaxşı gedir
 
Sayan, "təşkilati bir səy var bəlkə də" sualına isə, "Əlbəttə, təşkilati səy vardır. Terror təşkilatının səyi görünür, mətbuat açıqlaması vermələrinin səbəbi də budur" deyə, söyləyib. BTK rəhbəri Sayan, böhranın həlli üçün də, "Bizim tez-tez görüşdüyümüz insanlar var. Diqqət etdinizsə, daha yaxşı gedir, əvvəlki kimi deyillər, əməkdaşlığa daha yaxın kimidirlər. Bunda hüquqi aktların də təsiri var" deyib.
Müxalifət.az