​Portuqaliya sahillərində qədim dövr köpək balığı tutulub

Portuqaliyanın Alqarve əyaləti sahillərində Dəniz və Atmosfer İnstitutunun əməkdaşları tərəfindən qədim dövr köpək balığı tutulub.
Muxalifet.az "The Portugal News" nəşrinə istinadən xəbər verir ki, bu plaşlı növ hələ 80 milyon il əvvəl Atlantik okeanında yaşadığı üçün alimlər tərəfindən "daşlaşmış canlı heyvan qalığı" adlandırılıb.
Bu yırtıcının 300-dən artıq dişi var, onun bədəninin uzunluğu 1,5 metrdir və ilanvari hərəkət edir.