​Poroşenkoya canlı efirdə terror xəbərdarlığı edildi, o isə...

Baxış sayı:
13696

Vladimir Zelenski ilə debatdan sonra İctimai Televiziyanın canlı efirində qonaq olan Ukrayna Prezidenti Poroşenkoya terrorla bağlı xəbərdarlıq edilib.
Muxalifet.az xəbər verir ki, aparıcı bununla bağlı anonim zəng daxil olduğunu bildirib.
“Bizə xəbər verdilər ki, zalda olan şəxslərdən biri terror aktı həyata keçirə bilər. Məndən xahiş etdilər ki, bunu efirdə deyim. Kim istəyirsə, zalı tərk edə bilər. Redaktor qrupu bildirir ki, terrorla bağlı məlumat “102” xidmətinə daxil olub. Bu, prezidentə qarşı sui-qəsd də ola bilər”, - aparıcı qeyd edib.
Daha sonra o, Poroşenkoya zalı tərk etməyi təklif edib. Poroşenko isə qalmağa və canlı efiri davam etdirməyə qərar verib.