Poroşenkoya böyük şok! Seçkini uduzdu, bütün dünyası dəyişdi

Baxış sayı:
8722

 Ukraynanın Baş Prokurorluğu dövlət başçısı Pyotr Poroşenko haqqında istintaq başladıb.
 
Kiyev Bölgə Administrasiya Məhkəməsindən bildiriblər ki, dövlət başçısı Poroşenko haqqında məhkəməyə müdaxilə etdiyi şübhəsi ilə istintaq açılıb.
Açıqlamada Poroşenkonun 2016-ci ildə dövlət nəzarətinə keçən ölkənin ən böyük bankı “Privatbank” ilə bağlı aparılan məhkəmə prosesində hakimlərə təzyiq etdiyi iddiasının araşdırıldığı qeyd olunub.
Qeyd edək ki, Ukraynada dövlət ölkənin ən zəngin şəxslərindən İqor Kolomoyskiynin sahibi olduğu “Privatbank”a 2016-ci ildə əl qoymuşdu.
Ölkənin yeni prezidenti seçilən Vladimir Zelenski ilə əlaqəli olduğu iddia edilən Kolomoyski, keçən ay “Privatbank”a 2 milyard dollarlıq təzminat davası açmışdı.
Zelenskiynin qarşıdakı həftələrdə keçiriləcək andiçmə mərasimində dövlət başçılığı vəzifəsini Poroşenkodan dövr etməsi gözlənilir.
Müxalifət.az