Poroşenkonun partiyası Tiflis üçün küçələrə çıxdı

Baxış sayı:
3250

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Gürcüstana dəstək aksiyası keçirib.

Bu məlumat partiyanın saytında yer alıb. Partiya Gürcüstanda baş verənlərdə Rusiyanın barmağının olduğunu bəyan edib:

“Gürcüstanda baş verən hadisələr Kremlin özünün hibrid texnologiyalarını suveren dövlət ərazisində növbəti tətbiq cəhdidir”.