Poroşenkonun parlamentdəki çıxışı deputatları güldürdü

Baxış sayı:
5497

Ukrayna Prezidenti Pyotr Poroşenkonun “qitənin ən güclü ordusu” ilə bağlı çıxışı parlament üzvlərinin gülüşünə səbəb olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Vadim Rabinoviç danışıb.
“Həqiqətən də bizim ordumuz qitənin ən güclüsüdür. Mən bunu prezidentdən və bir çox ordu rəhbərinin dilindən eşitmişəm. Ancaq mənim bir sualım var: Deyin görək, əgər biz qitənin ən güclü ordusuna sahibiksə, nə üçün NATO-ya doğru getməliyik? Qoy NATO bizə tərəf gəlsin. Biz ki ən güclüyük”, - Rabinoviç bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun ordunun döyüş qabiliyyəti ilə bağlı açıqlamaları adət halına çevrilib. Parlamentdəki çıxışları zamanı Poroşenko dəfələrlə Ukrayna ordusunu qitənin ən yaxşılarından biri adlandırıb.