​Poroşenkonun istirahətinə SAAKAŞVİLİDƏN ATMACA

Baxış sayı:
766

Maldiv adası yerinə Kiyev həbsxanasını seçərdim.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Poroşenkonun istirahətini Maldiv adalarında keçirməsinə münasibət bildirərkən söyləyib.
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir. Mənim üçün ən yaxşısı burada həbsxanada oturmaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Pyotr Poroşenko 1-8 yanvar tarixlərində məzuniyyətə çıxıb və Maldiv adalarında istirahət edib. Onun bu istirahətə 500 min dollar xərclədiyi iddia edilib.