Poroşenkodan Rusiyanın cəzalandırılmasına çağırış

Baxış sayı:
5848

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko Rusiyanın Ukraynaya hücum etməsinin cəzasız qalmaması lazım olduğunu söyləyib.
 
Poroşenko  “New York Times” qəzeti üçün qələmə aldığı məqalədə, 2014-də 70 ildən sonra ilk dəfə bir ölkənin hərbi təcavüzlə Avropa xəritəsini yenidən dəyişdirməyə cəhd etdiyini bildirərək Rusiyanın Krım yarımadasının ilhaqının dünya miqyasında pisləndiyini və iqtisadi sanksiyalarla nəticələndiyini xatırladıb.
Pyotr Poroşenko, bunları qeyd edib:
“Rusyanın məqsədi məlumdur, əmlakın və torpağın zorla gəsb edildiyi bir dövrə qayıtmaq istəyir. Ukrayna ilə başlayır və demokratik dünyanın icazə verəcəyi qədər Qərbə yönəlməyə davam edir. Demokratik ölkələr indi seçim etmək məcburiyyətindədir. Doğru olan üçün ayağa qalxmaq, ya da (Rusiya) prezident Vladimir Putinin könlünü almağı davam etdirmək. Tarixdən öyrəndiyimiz bu könül almaların ölümcül nəticələri olduğu hər kəsə bəllidir".
Rusiyanın İngiltərəyə kimyəvi silahlar göndərdiyini, Qərbdə kiber və pirat təcavüzləri etdiyini, Suriyada mülki vətəndaşları bombaladığını, Ukraynanın şərqində 10 mindən artıq insanın ölümü ilə nəticələnən bir müharibəni qızışdırdığını, dünya miqyasında qorxu və qarışıqlıq yaratmaq üçün dezinformasiya yaydığını dilə gətirən Poroşenko, "Artıq hərəkətə keçməyin vaxtı deyilmi" deyə Qərb dövlətlərinə sual edib.
Müxalifət.az