Poroşenko Zelenskiyə: Kişi ol!

Baxış sayı:
8758

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko siyasi opponenti Vladimir Zelenskini debatlarda qorxmamağa çağırıb.

Bu barədə o, “Facebook”səhifəsində status yazıb.

“Debatdan imtina etmək üçün səbəb axtarmayın və şərt qoymayın. Heç kimin arxasında gizlənməyə çalışmayın – kənardan yaxşı görünmür. Kişi olun, debata gəlin. Stadion deyirsiniz, stadion olsun. Sizi gözləyirəm”, - deyə Poroşenko yazıb.

Poroşenko əlavə edib ki, ona keçmişdə təkcə siyasi rəqibləri yox, güclü düşmənləri meydan oxuyub və qorxub-çəkinmədən bu çağırışı qəbul edib.

“Onların düz gözünün içinə baxırdım, gözlərimi çəkmirdim onlardan. Ali baş komandan belə olmalıdır”, - deyə Poroşenko fikrini tamamlayıb.

Xatırladaq ki, aprelin 3-də prezidentliyə namizəd V.Zelenski seçkilərin ikinci turunda onun rəqibi olan hazırkı prezident P.Poroşenkonu debata çağırmış və Kiyevin “Olimpiya” stadionunda görüşə dəvət etmişdi.

Poroşenkonun seçki qərargahı həmin vaxt stadionun debat üçün məqsədəuyğun məkan olmadığını bildirsə də, prezident sonradan videomüraciətdə bu dəvəti qəbul etdiyini vurğulamışdı.