​Poroşenko SSRİ-nin qətliamı barədə: Ukrayna xatırlayır...

Ukrayna Prezidenti Pyotr Poroşenko “Qolodomor” qurbanlarının anım günündə faciəni Ukrayna xalqının soyqırımı adlandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə prezident Feysbuk hesabında yazıb.
“Qolodomor qurbanlarının – Ukrayna xalqının soyqırımının günahsız öldürülmüş ruhlarının əbədi xatirəsinə. Qolodomorun təşkilatçılarının qəddar cinayətlərini heç zaman unutmayacağıq. Ukrayna xatırlayır...”, - Poroşenko yazıb.
Qeyd edək ki, “Qolodomor” ukrayna dilindəki iki sözdən – "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir. 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır.