Poroşenko Saakaşviliyə görə erməni nazirə qəzəbləndi

Baxış sayı: 72

Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Daxili İşlər naziri Arsen Avakov arasında Mixail Saakaşvilininin tərəfdarlarının Ukrayna parlamenti yaxınlığında çadır qurmasına görə mübahisə yaranıb. 
Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” informasiya yayıb. 
Məlumata görə, oktyabrın 17-də Poroşenko nazir Avakovu və hüquq-mühafizə orqanlarının rəhbərlərini təcili iclasda toplayaraq qəzəbini ifadə edib. Ölkə başçısı etirazçıların Ali Radanın divarları yaxınlığında çadır qurmasına narazılığını ifadə edərək bütün bunlarda Arsen Avakovu günahlandırıb.