Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı

Baxış sayı:
1681

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün öz şərtlərini  açıqlayıb.
“Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarıldığı günün sabahısı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq”, - deyə P.Poroşenko “İnterfaks-Ukrayna”ya bildirib.
P.Poroşenko Ukraynada daxili münaqişənin olmadığını vurğulayıb.