​Poroşenko rəqibinin çağırışını qəbul etdi – Debat stadionda keçiriləcək

Baxış sayı:
17521

Pyotr Poroşenko prezident yarışı uğrunda rəqibinin çağırışını qəbul edib.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, seçkinin birinci turundan lider çıxmış Vladimir Zelenski Poroşenkonu Kiyevin Olimpisyki stadionunda debata dəvət etmişdi. Stadionun tutumu 70 min nəfərdir. Zelenski rəqibinə bir neçə şərt də qoyub. Debatın canlı yayım hüququ bütün kanallara verilməlidir. Namizədlər alkoqol və narkotikdən istifadə ilə bağlı həkim müayinəsindən keçməlidirlər.