​Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

Baxış sayı:
10198

Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti olub.
Bu haqda Ukrayna prezidentinin saytında bildirilir.
Dövlət başçısı söhbətin gedişatında prezident seçkilərindəki rəqibi Vladimir Zelenskini ittiham edib. Xüsusi halda, Poroşenko Zelenskinin "Donbasda Rusiyanın işğal qoşunları” ifadəsinin əvəzinə “DXR/LXR üsyançıları” terminini istifadə etdiyini qeyd edib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək./Publika