Poroşenko: Krım və Donbası geri qaytaracam!

Baxış sayı:
1978

Ukrayna Prezidenti Pyotr Poroşenko qarşıdakı seçkilərdə qələbə qazanacağı halda Krım və Donbası geri qaytaracağını bildirib.
Muxalifet.az xəbər verir ki, Ukrayna prezidentinin çıxışını “Nyusvan” telekanalı yayımlayıb.
“Eşidin, Donbas və Krım Ukraynaya qayıdacaq! Seçkilərdən sonra biz siyasi-diplomatik yollarla Donbas və Krımın qaytarılması üçün qətiyyətli addımlar atacağıq”, - Poroşenko bildirib.
Poroşenko həmçinin ordunun gücləndirilməsi üçün də bir sıra tədbirlər görüləcəyini qeyd edib.