Poroşenko İvanişvili ilə məxfi görüşüb - SAAKAŞVİLİDƏN İDDİA

Ukrayna Prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə Batumidə məxfi görüş keçirib.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Görüşdə İvanişvili Poroşenkodan mənim Gürcüstana ekstradisiyamı istəyib. Onların məxfi görüşü iki saat davam edib və tamamilə mənə həsr olunub. İvanişvili Rusiyanın layihəsidir”, – Saakaşvili bildirib.