Poroşenko: "İnanılmaz ifa idi"

Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Eurovision- 2016 mahnı müsabiqəsində qalib gəlməsini alqışlayıb.
"İnanılmaz ifa" deyə cənab Poroşenko bütün ölkə adından Camaləni Twitterdə təbrik edib.
Onun krım tatarlarının deportasiyasına aid 1944 mahnısı 2014-cü ildə Krımı özünə birləşdirən Rusiyada bir çoxunu qəzəbləndirib.
Bir sıra rusiyalı siyasətçi və şərhçi müsabiqənin nəticəsini ölkəyə qarşı ədavət adlandıraraq tənqid edib.
Onun mahnısı İsveç paytaxtı Stokholm şəhərində keçirilən yarışmada 534 bal toplayaraq birinci olub.
Avstraliya 511 balla ikinci, Rusiya isə 491 balla üçüncü yerdə qərarlaşıb.
Azərbaycanı yarışmada təmsil edən Səmra finalda Miracle mahnısı ilə çıxış edib.
Onun mahnısı 117 balla 17-ci yeri tutub.

Camalə bu müsabiqədə iştirak edən ilk krım tatarıdır və onun ifa etdiyi mahnı müsabiqəni "siyasiləşdirməkdə" ittiham edilirdi.
Rusiyanın Komsomolski Pravda qəzeti Eurovision təşkilatçılarını Cəmalənin oxuduğu mahnının sözlərinə baxmağa çağırıb.
Siyasi mahnılara bu yarışmada icazə verilməsə də, 1944 tarixi faktlara əsaslandığı üçün ona izn almaq çətin olmayıb.
Lakin qalib olmağa yaxın olan Rusiyada bir çoxları nəticəni "siyasi" adlandırıb.
Deputat Elena Drapeko isə bildirib ki, Rusiya "informasiya müharibəsi"nə görə uduzub.
Rusiya Federasiyasının Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Franz Klintseviç gələn il müsabiqəni boykot etməyə çağırıb: "Eurovision 2016-nı qazanan nə ukraynalı müğənni Camalədir, nə də onun 1944 mahnısı, incəsənəti məğlub etmiş siyasətdir".
İsveç paytaxtında keçirilən müsabiqə sayca 61-ci olub.
Hazırkı mahnı yarışması 2011-ci ildən bəri ən çox iştirakçının qatıldığı müsabiqədir.