​Poroşenko həbs edilə bilər - ABŞ-dan cinayət işi

Baxış sayı:
5245

ABŞ Ukrayna Prezidenti Pyotr Poroşenko barəsində cinayət işi açıb.
Muxalifet.az xəbər verir ki. bunu Gürcüstanın keçmiş prezidenti, sabiq Odessa meri Mixail Saakaşvili deyib.
"Poroşenko prezident kreslosundan enəndə heç bir ölkə onu qəbul etməyəcək, ya da anında ekstradisiya edəcək. O, ABŞ-da keçmiş Ukrayna baş naziri Pavel Lazarenko kimi həbsə məhkum edilə bilər. Çünki ABŞ Federal İstintaq Bürosu Poroşenko haqqında bir fayl hazırlayıb. Orada ofşor şirkətlər qrupu barədə iddialar var", - Saakaşvili söyləyib.