Poroşenko ciddi islahat anonsu verdi: HƏRBÇİ NAZİR OLMAYACAQ

Baxış sayı:
3106

Ukraynanın müdafiə naziri mülki şəxs olmalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
 “Biz müdafiə naziri vəzifəsinə mülki vətəndaş təyin etməli, Baş Qərargahı ayırmalı, ölkəni NATO standartlarına uyğunlaşdırmaq üçün nəhəng islahatlara getməliyik”, - prezident bildirib.
O, həmçinin milli təhlükəsizliklə bağlı layihəsi barədə də məlumat verib.
Qeyd edək ki, NATO sistemində ölkələrin müdafiə nazirləri mülki şəxslərdir.