Poroşenko Çexiya liderinin təklifini rədd etdi

Ukrayna Prezidenti Pyotr Poroşenko Çexiya lideri Miloş Zemanın Krım üçün Rusiyadan təzminat almaq təklifini rədd edib. 
Poroşenko bu barədə Avropa Şurası Parlament Assambleyasının plenar iclası zamanı danışıb. 
“AŞPA tribunası ərazilərin pul, neft və ya qaz müqabilində ticarəti barədə çağırışlar etmək üçün nəzərdə tutulmayıb”, - Poroşenko bildirib. 
Qeyd edək ki, Çexiya Respublikasının Prezidenti Miloş Zeman Ukraynanın Krımı itirməsini artıq bitmiş məsələ adlandıraraq problemi Kiyevə müəyyən miqdarda təzminat ödəməklə həll etməyi təklif etmişdi.