Poroşenko bunu yuxusunda görəcək – Saakaşvili

Pyotr Poroşenko bəlkə də növbəti seçimlərə qədər xalqın qəzəb dalğasına düçar olaraq hakimiyyətdə qala bilmədi.
 
Bu barədə Mixail Saakaşvili rəsmi Feysbuk səhifəsində yazıb.
“Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır - daha heç bir demokratiya oyunu olmayacaq. Pyotr Alekseyeviç, siz bu qərarla özünüzün və hakimiyyətinizin qaçılmaz məğlubiyyətinə imza atmış oldunuz. Əgər əvvəl seçkilərə qədər qalacağınıza ümid edə bilirdinizsə, indi bunu ancaq yuxunuzda görə bilərsiniz”, – o bildirib.
Poroşenkonun artıq həddini aşdığını bildirən Saakaşvili artıq Ukrayna prezidentinin heç bir sığınacağı qalmadığını söyləyib:
“Bu gün bütün ölkə sizin "yeni bir həyat yaşamaq" vədinizin qiymətini öyrəndi. Yəqin ki, indi sizin də sələfiniz kimi hakimiyyəti istənilən yolla əldə saxlamaq arzunuz yaranıb. Nə edək buyurun yoxlayın, ancaq xatırlayın ki, Rusiyada sizi gözləmirlər! Ukraynalılar hakimiyyətə əsl yeni siyasətçiləri gətirənə qədər, artıq 2 dəfə bu cür vəba ilə mübarizə aparıblar və dayanmayıblar”, - Saakaşvili əlavə edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Pyotr Poroşenko iyulun 26-da Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsini qərara almışdı.