"Poroşenko ancaq pul barədə düşünür" - SAAKAŞVİLİ

Mənim ən böyük səhvim başlanğıcdan Ukrayna Prezidenti Petro Poroşenkonun motivasiyasını düzgün anlamamağım olub.
 
Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmasını şərh edərkən deyib:
"Poroşenkonun motivasiyası çox sadədir. O ancaq pul barədə düşünür. Poroşenko bayağı alverçidir".
Saakaşvili əlavə edib ki, Poroşenko iş vaxtının çox hissəsini şəxsi biznesinə həsr edir.
Qeyd edək ki, Poroşenkonun qərarı ilə iyulun 26-da Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb. Saakaşvili hazırda ABŞ-dadır./teleqraf.com