Poroşenko 24 nəfərə general rütbəsi verdi - ARALARINDA ADI KORRUPSİYADA HALLANANLAR DA VAR

Baxış sayı:
4921

Ukraynada prezident postundan getməyə hazırlaşan Petro Poroşenko 24 nəfərə general rütbəsi verib.

Təltif edilənlər sırasında adı korrupsiya qalmaqalında hallanan bir neçə nəfər də var. Bunlardan biri isə Odessa vilayətinin prokuroru, prezidentin oğlunun 33 yaşlı dostu Oleq Juçenkodur.

“Qafqazinfo” bildirir ki, general-leytenant rütbəsi verilən gənc prokurorun Odessa vilayətində hökm sürən korrupsiya, özbaşınalıq, üstü açılmamış yüngül cinayətlərə görə vəzifəsindən kənarlaşdırılması gözlənildiyi halda onun bu ada layiq görülməsi birmənalı qarşılanmayıb.