​POREŞENKONUN GİZLİ MƏKTUBU ÜZƏ ÇIXDI

Baxış sayı:
1870

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün sosial hesabında Ukrayna prezidenti Petro Poroşenkonun bir neçə il əvvəlki fikirlərini bölüşüb. Muxalifət.az xəbər verir ki, Saakaşvili bir neçə il əvvəl Poroşenkonun Rusiyaya müraciəti ilə bağlı fikirlərini bölüşərək onun prezident kürsüsünə, ümumiyyətlə ölkəyə zərərli olduğunu bildirib. “Bu məktubun Poroşenko tərəfindən yazıldığına şübhə ilə yanaşanlar ola bilər. Lakin, mən qrafoloq deyiləm ki, xətləri uyğunlaşdıram. Düşünürəm ki, Poroşenkonun bu ərəfədə prezidentliyi ölkə üçün çox böyük təhlükədir. Digər bir tərəfdən inana bilmirəm ki, o, bu sənədi Rusiya Federal Təhlükəsizlik Xidmətinə göndərəcək qədər səfeh olsun". Xatırladaq ki, məlumata görə, Poroşenko məktubunda, heç vaxt Rusiya əleyhinə olacaq fəaliyyətlərə qoşulmayacağına dair vəd verib.