​Poqba seçimini etdi: "Real", yoxsa "Yuventus"?

Baxış sayı:
448

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba seçimini edib.
"Yeni Sabah" saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü sabiq komandası "Yuventus"a qayıtmaq niyyətindədi.
Ulduz futbolçu turinlilərlə artıq keçid məsələsində ortaq məxrəcə gəlib. İndi qalır klubların transfer qiymətində anlaşması. "Qoca sinyora" onun transferini tamamlamaq üçün Duqlas Kosta və Joao Kanselo kimi oyunçularını satacaq.
Qeyd edək ki, Poqba "Real"ın da maraq dairəsindədi.