"Popkorn" satan uşaq ərazidən uzaqlaşdırıldı - Deputatın ETİRAZINDAN SONRA

Baxış sayı:
12307

Deputat Rasim Musabəyov ötən gün sosial şəbəkədə popkorn satan uşaqla bağlı status paylaşmışdı.
Artıq “məmurlar” deputatın “etiraz”ını eşidərək uşağı həmin ərazidən uzaqlaşdıblar.
Orada işləyənlər isə bildiriblər ki, pop-korn satan uşağın qayıdıb-qayıtmayacağı məlum deyil. 
Qeyd edək ki, depuat "Ay məmurlar, siz bunu görmürsüz? Bakılıları zəhərləyənlərə və bizi qonaqların qarşısında utandıranlara qarşi kimsə ölçü götürəcək. Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına "popkorn" satıcısı qoyulub  və bütün ətrafı iyləndirib.
İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir", - deyə deputat Rasim Musabəyov qeyd edib./Unikal.org 

"Popkorn" satan uşaq ərazidən uzaqlaşdırıldı -Deputatın ETİRAZINDAN SONRA - FOTO