Pompeonun üzünə söylədilər: Türkiyə və S-400 açıqlaması

Baxış sayı:
5380

Rusiyanın prezidenti Vladimir Putin ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
 
Putin Pompeonu Soçidə qəbul edib. Kremlin Xarici Siyasət müşaviri Yuriy Uşakov jurnalistlərə bu yöndə açıqlama verib.
 
TÜRKİYƏ VƏ S-400 AÇIQLAMASI
 
Türkiyənin S-400 havadan müdafiə raket sistemi satın alması ilə əlaqədar mövzu ilə bağlı münasibət bildirən Uşakov, "Amerikalıların (S-400 müqaviləsinin ləğvi istiqamətində Türkiyəyə) təzyiq etdiyini bilirik. Mənim fikrimcə, bir neçə ay əvvəl razılaşdırılmış prosesin həyata keçirilməsi sürətlə davam edir. İndi bu yöndə heç bir uğursuzluq yoxdur” deyib.
Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Kremlin Xarici Siyasət müşaviri Yuriy Uşakov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də iştirak ediblər.
Müxalifət.az