Pompeonun Ukraynaya səfəri "İranla bağlı" təxirə salınıb

Baxış sayı:
2632

ABŞ dövlət katibi Mike Pompeo İraq və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı özünün Ukrayna, Belarus və iki Mərkızi Asiya ölkəsinə səfərlərini təxirə salıb.
Muxalifet.az
bu barədə "Azadlıq.org"a istinadla bildirir.
ABŞ Dövlət Departamenti yanvarın 1-də bu bəyanatı verərkən İraq paytaxtı Bağdadda ABŞ səfirliyinə qaragürühün hücumu davam edirdi. Bu hücumun İraqdakı iranyönlü yaraqlılar tərəfindən təşkiil edildiyini bildirib. ABŞ müdafiə rəsmiləri bildirirlər ki, dekabrın 31-də başlamış və yanvarın 1-də səngimiş bu insidentlə bağlı Vaşinqton regiona daha çox qoşun göndərmək qərarına gəlib. Prezident Tramp da olamqla Amerika səfirliyinə hücumun İran tərfindən qızışdırıldığını bildiriblər. Pompeonun Ukrayna səfəri yanvarın 3-nə nəzərdə tutulmuşdu. Bu Vaşinqtonda Trampın impiçment prosesinin davam etdiyi bir vaxtda yüksək vəzifəli ABŞ rəsmisinin Kiyevə ilk səfəri omalıydı. Pompeo Ukaynadan sonra Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səfər etməliydi. Lakin, rəsmi bəyanata görə, dövlət katibinin səfəri "onun Vaşinqtonda qalmasını tələb edən situasiyaya görə" təxirə salınıb. Dövlət Departamentinin sözcüsü Morqan Ortaqus deyib ki, söhbət "amerikalıların Yaxın Şərqdə təhlükəsizliyinin təmin edilməsindən" gedir. Sözcü deyib ki, dövlət katibinin təxirə salınan səfərləri tezliklə başqa tarixlərə keçiriləcək. Bağdaddakı ABŞ səfirliyinə hücum zamanı Amerika rəsmilərindən heç birinə xəsarət yetirilməyib. Rəsmilər bildirirlər ki, ABŞ İraqdakı səfirliyini evakuasiya etmək niyyətində deyil. Buna baxmayaraq İraqda ABŞ-ın bütün konsulluq fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. 
Muxalifet.az