Pompeodan “Əsrin Müqaviləsi” ilə bağlı etiraf

Baxış sayı:
6451

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeonun ABŞ rəhbərliyinin İsrail-Fələstin sülh planının İsrailə üstünlük tanıyan birtərəfli bir plan olaraq qiymətləndirilib, xüsusi bir maraq göstərilməyəcəyini deyib.
 
“Vaşinqton Post” qəzeti Pompeonun New York mərkəzli Yəhudi vətəndaş  cəmiyyət təşkilatı olan "Böyük Amerikan Yəhudi Təşkilatları Başçıları Konfransı"nın təşkil etdiyi  bir yığıncaqda, ABŞ rəhbərliyinin "Əsrin Müqaviləsi" deyə xarakterizə etdiyi İsrail-Fələstin sülh planına münasibət bildirdiyini qeyd edib.
Xəbərə görə, Pompeo söz mövzusu yığıncaqda, bəzi şəxslərin Donald  Tramp rəhbərliyinin bu ay açıqlanması gözlənilən sülh planının "tətbiq oluna bilməyəcəyini"  və ya "maraqla qəbul edilməyəcəyini” düşündüyünü, ancaq planın yaxşıca düşünülmədən rədd edilməsinin doğru olmadığını söyləyib.
Pompeo, "(Plan) rədd edilə bilər. Nəhayət bu ola bilər. Plan ideal deyildi. Bizim işimizə yaramadı, və ya iki yaxşı şey varkən, içində doqquz pis şey var. Biz yoxuq' deyənlər olacaq. Ancaq bizim üçün əsl məsələ bunu necə təşkil edəcəyimiz gerçək görüşmələr üçün edə biləcəyimiz sahənin olub  olmamasıdır" deyə bildirib.
 
Planın birtərəfli olduğunu qəbul etdi
 
Tramp rəhbərliyinin planıyla İsrail ilə Fələstin arasında donmuş  qarşıdurmaları təkrar başlada biləcəyinə eyham edən Pompeo, bütün tərəflərin planı ciddi  bir şəkildə müzakirə olunmasını və ABŞ rəhbərliyinə planla əlaqədar özünü ifadə etmə fürsəti verilməsinə ümid etdiyini ifadə edib.
Xəbərdə, Pompeonun "İnsanların niyə bu planın yalnız İsrailin xoşuna gələcək bir plan olduğunu düşünüləcəyini anlayıram. İnsanların dinləmək üçün sahə buraxacağını və bunun birazca getməsinə icazə veəcəyinə ümid edirəm" dediyinə vurğu edilib.
Pompeo planın müvəffəqiyyətsiz olduğu təqdirdə üzərində yenidən işlənə biləcəyini də deyib.
Yığıncaqdan sonra “Vaşinqton Post”-a danışan, ancaq adlarının  açıqlanmasını istəməyən iki tədbir iştirakçısı, Pompeonun Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin liderliyində hazırlanan plan mövzusunda optimist olmadığını sezdiyini ifadə edib.
“Vaşinqton Post”-a danışan Yəhudi Təşkilatları Başçıları Konfransının rəhbəri Malcolm Hoenlein isə Pompeonun şərhlərinin razılaşma ilə əlaqədar potensial iddiaları əks etdirdiyini və bu mövzuda tələyə düşülməməsi lazım olduğunu söyləməyə çalışdığını ifadə edib.
 
Trampdan açıqlama
 
İngiltərə ziyarətində olan ABŞ prezidenti Donald Tramp Pompeonun mətbuata sızan açıqlamasına münasibət bildirib.
Tramp "Baxın, Orta Şərqdə sülh planının müvəffəqiyyətli olması üçün  əlimizdən gələni edirik. (Pompeo) Haqlı ola bilər. Yəni çox adam bunu  söyləyə bilər. Yaxşı bir şansımız var, amma baxaq görək nə olacaq" deyib.
İsrailin seçki mövzusunda da qeyri müəyyənliyin olduğunu və hökumətin  təşkil olunmasının lazım olduğunu ifadə edən Tramp, belə davam edib:
"(İsrail Baş naziri Benjamin) Netanyahu seçildi, ancaq sentyabra qədər  təkrar bir seçki keçiriləcək. Bu gülüncdür. Bundan məmnun deyilik. Ancaq Orta Şərqdə sülh planını bacara bilsək, bu yaxşı olacaq. Pompeonun bunları söyləməsini anlayıram. Çünki çox adam bunun edilə bilməyəcəyini söyləyir. Bəlkə də edilə bilər. Hər vaxt dediyim kimi, nələr olacağını görəcəyik".
Müxalifət.az