Pompeodan gülünc “F-35” və “S-400” açıqlaması

Baxış sayı:
6436

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Türkiyənin F-35 döyüş təyyarələri və Rusiya istehsalı S-400 havadan müdafiə sistemini eyni anda istifadə edilməsinin texniki olaraq mümkün olmadığını ifadə edib.
 
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edən Pompeo “Pentaqonda mənə bildirdiklərinə görə, F-35-i S-400-ün eyni anda fəaliyyət göstərdiyi hava sahəsinə göndərmək mümkün deyil. Bu bir texniki açıqlama olmasa da, bu təhcizatlar bir arada ola bilməz, bunu xarici işlər və hərbi kanallardan (Türkiyəyə) dəqiq bir şəkildə ortaya qoyduq. Bu çox ciddi texniki problemdir" deyə gülünc və heç bir texniki əsası olmayan fikir bildirib.
Pompeo ayrıca Türkiyənin S-400 razılaşmasını yerinə yetirdiyi təqdirdə bunun sanksiyalara yol aça biləcəyini də söyləyib.
Müxalifət.az