​Pompeo vəliəhdi müdafiə etdi: Onsuz da bədəl ödədi

Baxış sayı:
4330

Səudiyyə Ərəbistanı vətəndaşı olan 21 nəfər ABŞ tərəfindən sanksiyalara məruz qaldı. Ər-Riyad bununla onsuz da bir bədəl ödədi.
Muxalifet.az xəbər verir ki, bunu qətlə yetirilən Camal Qaşıqçı ilə bağlı açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.
Qaşıqçı ilə bağlı Ər-Riyadın həm siyasi, həm də iqtisadi baxımdan yetərli bir cəza ödədiyini deyən Pompeo İran məsələsini qabardıb:
"İran Yaxın Şərqdə sürətlə yayılır. Hər hansı bir fərdin ölümü qorxuncdur, ancaq Avropa, Yaxın Şərq, ya da ABŞ-da yüz minlərlə insanın ölümü də dəhşətli bir şeydir. Tramp ABŞ-ı müdafiə etməkdə qərarlıdır".