Pompeo, Səudiyyə Vəliəhdini xilas edə biləcəkmi?

Baxış sayı:
5509

ABŞ-ın dövlət katibi Mayk Pompeo, Ər-Riyad səfərindən sonra Ankaranı ziyarət etdi.
 
Pompeonun Ər-Riyad-Ankara xəttində səyahətinin məqsədi Qaşıqçı qalmaqalı ilə bağlı prosesləri təqib etmək idi. Geniş yayılmış qənaətə görə, və Ər-Riyaddan nümayiş olunan foto kadrlardan məlum olur ki, Vaşinqton, vəliəhd bin Salmanı Qaşıqçı qalmaqalından sıyıra bilmək üçün bir formul axtarışındadır. MKİ direktoru olan Pompeo-ya bu vəzifənin tapşırılması da maraqlıdır. Amerika mediasının və senatorların təzyiqinə baxmayaraq, prezident Trampın Səudiyyə Ərəbistanını itirməmək üçün "Özbaşına qatillər" ritorikasına üstünlük verməsi də bu meyli göstərir.
Ancaq İstanbuldakı konsulluğa gələn Səudiyyəli 15 nəfərlik sui qəsd qrupunun vəliəhd şahzadəyə yaxın şəxslərin olması bu "sıyırma" əməliyyatının çox çətin olduğunu düşündürür.
Pompeonun Səudiyyə səlahiyyətlilərinə güvəndiyini deməsi kifayət deyil. Dəlillər ortaya çıxdıqca mövzu, Pompeonun əməliyyat qabiliyyətlərini aşan bir yerə yönələcək. Görünür, Tramp, son nöqtəyə qədər vəliəhdi qoruyucu davranışını dəyişməyəcək.
Noyabr seçkilərinə qədər Vaşinqton gündəmində qalacağı bəlli olan Qaşıqçı məsələsi aydınlandıqca mübahisə vəliəhdin siyasi taleyi üzərində toplanmağa davam edəcək.
Həlledici sual, avtoritar əməli ilə legitimliyini itirən bir vəliəhdin bu qalmaqaldan sonra ölkəsini ən az 40 il daha idarə edəcək bir lider olaraq qalmasının mümkün olub olmamasıdır. Səudiyyə xanədanı içindəki müxaliflərin sərt şəkildə basdırılmış olması və Vaşinqtondan yaşıl işıq gəlmədikcə hər hansı bir hərəkətə keçmənin işə yaramayacağı aşikardır. Vəliəhd mövcud qalmaqaldan yayınmaq üçün sona qədər müqavimət göstərəcək. Ancaq Ərəb xalqları yanında uzunmüddətli lider olma legitimliyini indidən itirmiş görünür.
Müxalifət.az