Pompeo ABŞ-ın ŞOK PLANINI AÇIQLADI: Türkiyəni bundan məhrum etmək istəyirik

Baxış sayı:
850

Vitse-prezident Mayk Penslə Ankaraya səfər edəcək ABŞ-ın dövlət katibi Mayk Pompeo prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl açıqlamalar verib.
Muxalifet.az
Türkiyə KİV-inə istinadən xəbər verir ki, Pompeo “Fox Business Network”a müsahibəsində Suriyadakı vəziyyətə görə Ərdoğanın məsuliyyət daşıdığını söyləyib.
“Prezident Ərdoğanla görüşü gözləyirik. Prezident Donald Tramp ABŞ hökumətinin ən yüksək səviyyədə Ərdoğanla üzbəüz görüşünün önəmli olduğu hissiyatındadır. Ərdoğan dayanması, Suriyadakı işğalı dayandırması lazımdır. Bu, bir çox dövlətin, eyni zamanda qeyri-dövlət iştirakçılarının rol oynadığı mürəkkəb bir məsələdir, Suriyadakı vəziyyətə həll tapmağa çalışırıq. Onların hücum mövqeyindən çıxmasına ehtiyacımız var. Bunların hamısı üçün atəşkəsə ehtiyacımız var. ABŞ-ın məqsədi ABŞ-Türkiyə əlaqələrini kəsmək deyil, Türkiyəni bu cür davranışlara girmə potensialından məhrum etməkdir. ABŞ Suriyada boşluğun olmamasını təmin etməyə çalışır”, - dövlət katibi bildirib.