Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

O, ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır
 
Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb.
TASS xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.
Xatırladaq ki, o, 1990-1995-ci ildə Polşanın prezidenti olub. Lex Valensa ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır.