Polşadan Türkiyə siyasi dəstək

Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir. 
Bunu jurnalistlərə açıqlamasında Polşa Prezidenti Andjey Duda söyləyib. 
“Ümid edirik ki, Türkiyə AB-yə daxil olacaq. Türkiyə çoxdan üzvlük üçün səylər göstərir. Avropa Birliyi üçün Türkiyənin hərbi və iqtisadi potensialı vacibdir. Ankara həmçinin AB qarşısında bütün öhdəliklərini icra edir”, – deyə o bildirib.