Polşadan London teraktına reaksiya: “Nifrət artıb”

Baxış sayı: 45

Avropada teraktlar dalğası məsuliyyətsiz miqrasiya siyasətinin nəticəsidir.
 
Bunu jurnalistlərə açıqlamasında Polşa Baş naziri Beata Şidlo söyləyib.
“Qaçqınlara Avropada yox, onların öz vətənlərində yardım etmək lazımdır. London teraktı Avropa cəmiyyətində nifrət hissinin artdığını göstərir”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Londonda məsciddən çıxan şəxslərə hücum olub. Nəticədə 1 nəfər ölüb, 10-a yaxın şəxs yaralanıb.