​Polşadakı ermənilərdən təxribat: Diasporumuz hərəkətə keçdi

Baxış sayı:
2896

Polşanın Poznan şəhərində Qlovna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub. Muxalifet.az xəbər verir ki, bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib: “Hal-hazırda məsələ ilə bağlı şəhərin merinə etiraz məktubu hazırlayırıq və eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinə də məlumat verəcəyik. Təxribatın qarşısını almaq üçün isə hüquqi müstəvidə mübarizə aparacağıq və yaxın zamanda reklam bannerinin sökülməsinə ümid edirik”.