Polşa ilə İsrail arasında böhran böyüyür

Baxış sayı:
8443

İsrailin baş naziri Binyamin Netanyahunun polşalıları yəhudi soyqırımı ilə əlaqələndirməsindən sonra Polşanın baş naziri Mateusz Morawiecki-nin "Visegrad Qrupu"nun İsraildə keçiriləcək yığıncağına qatılmayacağı bildirilib.
 
Qeyd edək ki, Polşada keçirilən “Yaxın Şərq” konfransında İsrail baş naziri Binyamin Netanyahunun, "Polşalıların bəziləri Holokostda faşistlərlə əməkdaşlıq edib” deməsindən sonra iki ölkə arasındakı gərginlik davam edir.
Bu hadisədən sona Polşanın baş naziri Mateusz Morawiecki İsrailə rəsmi səfərini ləğv etdiyini açıqlayıb.
Müxalifət.az