Polşa ABŞ prezidentindən nə istəyəcək...

Biz ABŞ Prezidenti Donald Trampla Amerika hərbçilərinin sayının artırılmasını müzakirə edəcəyik.
 
Bunu Polşa Prezidenti Andjet Duda yerli mətbuat orqanlarına açıqlamasında söyləyib.
“Biz hər şeydən öncə iqtisadi və təhlükəsizlik məsələlərindən danışacağıq. Üstəlik, Polşadakı Amerika hərbçiləri də müzakirə olunacaq. Biz onların sayının artırılmasını istəyirik”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp Polşaya iyulun 6-da gələcək.