Polşa ABŞ-dan raket sistemləri alacaq

Baxış sayı:
4978

Muxalfet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa Amerika Birləşmiş Ştatlarından (ABŞ) «sürəkli» raket atəşləri sistemi («HİMARS») almağı planlaşdırır. Bu qurğular 300 kilometrdək məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Gözlənildiyiı kimi, sistemlərin rəsmi satın alınması barədə qərar fevralın 10-da Baş nazir Mateuş Muravetskinin və mülafiə naziri Marnuş Blaşakın iştirak etdiyt mərasimdə elan olunub.
Qeyd edilir ki, Polşa qurğularla birlikdə məhvedici vasitələr, material-texniki təchizat paketi və təlimlər də alacaq.
Müdafiə Nazirliyində bu sövdəni Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının reallaşırılmasının vacib elementi adlandırıblar.