​Polkovniki kriminal avtoritetə görə öldürdülər

Ötən gecə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində restoranda atışma olub.
Muxalifet.az xəbər verir ki, atışma nəticəsində Rusiya Qvardiyasının əməkdaşı da daxil olmaqla, 3 nəfər ölüb.
Rusiya mətbuatı Arvamir restoranında üç nəfərin, həmçinin "Rosqvardiya” zabitinin həlak olduğu atışmanın iştirakçılarının kriminal dairələrlə bağlı ola ola biləcəyi ehtimalını irəli sürüb.
Restoranda atışma şənbədən bazar gününə keçən gecə olub. Nəşrin məlumatına görə, restorana dincəlməyə gələn "Vityaz” mühafizə agentliyinin rəisi Sergey Borovoyla, o gələnədək orada öz dostları ilə əylənən yerli kriminal avtoritet Andrey Sarayants arasında münaqişə baş verib.
Silaha birinci Borovoy əl atıb. Aldığı güllə yarasından kriminal avtoritet hadisə yerindəcə ölüb.
Bundan sonra Sarayantsın dostu Muxtar Malsyuqenov Borovoya və onun yanında dayanan dostu- Armavirin mühafizə idarəsi rəisinin vəzifələrini müvəqqəti icra edən "Qosqvardiya” polkovniki Pyotr Lomakinə cavab atəşi açıb. Hər ikisi bir neçə güllə yarası alıb və xəstəxanada ölüb.
Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsindən bildirilib ki, fakt üzrə 2 maddə ilə cinayət işi qaldırılıb.
Ehtimal olunur ki, şübhəli şəxslər qara BMV-də və ya gümüşü rəngli "Mersedes-Benz”də hərəkət edirlər.