Polislərin xilas etdiyi yaralı ceyran öldü - FOTO

Baxış sayı:
12455

Ötən gün Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman meşəlik ərazidə halsız vəziyyətdə olan cüyürlə rastlaşmış və bu vəziyyətə biganə qalmayaraq köməksiz canlını polis şöbəsinə gətirmişdir. Qeyd edək ki, ilkin yardım göstərildikdən sonra heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması məqsədilə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilmişdir. Cüyürü təhvil alan əməkdaşlarımız heyvanın xarici görünüşündə hər hansı bir vəhşi heyvan tərəfindən yaralanma halının müşahidə edilmədiyini bildirmiş və halsız cüyür baytar həkimlər tərəfindən müayinə olunmuşdur. Müayinə nəticəsində canlının daxili orqanlarının zədələndiyi, müxtəlif sümüklərinin sındığı məlum olmuşdur. Bütün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə baxmayaraq yaralı heyvanı xilas etmək təəssüf ki, mümkün olmamışdır. Cüyürün yüksəklikdən düşərək yaralandığı güman edilir./yeniavaz