​Polislərin olduğu maşın betona çırpılıb: ÖLƏNLƏR VAR

Türkiyənin İzmir şəhərində yol qəzası baş verib.
İzmirin Bornova rayonunda içində 5 polis əməkdaşının olduğu avtomobil beton maneəyə çırpılıb.
İlkin ehtimala əsasən avtomobilin yolda sıxışdırılması nəticəsində sürücü idarəetməni itirib.
Qəza zamanı 2 polis ölüb, 3-ü ağır yaralanıb.
Asayiş keşikçilərinin 24-27 yaşlarında olduğu bildirilir./Trend/