Polislərimiz yarışda: Usubov qalibi mükafatlandırdı - Foto

Baxış sayı:
1098

DİN İdman Cəmiyyətində ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar mini-futbol yarışı keçirib.
Nazirlikdən verilən məlumata görə, yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar.
Gərgin keçən yarışda Nəqliyyatda Baş Polis İdarəsinin komandası 5-2 hesabı ilə qələbə qazanıb.
Növbəti görüşdə isə NBPİ-nin və Daxili Qoşunların Baş İdarəsinin komandası qarşılaşıb. Maraqla qarşılanan bu görüşdə də NBPİ-nin komandası 3-2 hesabı ilə qələbə qazanaraq, ümumi hesabda 3-ü yeri tutub.
Komandanın qapıçısı “ən yaxşı qapıçı” adına layiq görülərək DİN rəhbərliyinin fəxri fərmanıyla təltif edilib