Polisin keçirdiyi əməliyyat zamanı ÖZÜNÜ BIÇAQLADI
15-01-2018 15:23
Baxış sayı:
2329
Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.
Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M. Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)