Polisin barmağını QOPARIB YEDİ

Baxış sayı:
2671

ABŞ-da nəzarətə alınan 34 yaşındakı Ainsley Conson polisin barmağını dişləyərək qoparıb. Polis məmuru qopan barmağını geri almağa çalışanda da barmağı udub.
 
ABŞ-da polis mənbələr, 34 yaşlı Ainsley Conson adlı cinayətkarın polislə əlbəyaxa çatışdığı əsnada polisin orta barmağını dişləyərək qopardığını, polis məmurunun barmağını almağa çalışdığını, ancaq Consonun barmağı udduğunu açıqlayıb.
Açıqlamaya görə, polis məmuruna müqavimət göstərən Conson, polislə əlbəyaxa olarkən birlikdə yerə yıxılıblar. O zaman məmurun orta barmağını dişləyən Conson, barmağı qoparıb, sonar da udub. Barmağı qopan polis məmuru və yaralanan Conson xəstəxanaya qaldırılıb.
Rəsmi şəxslər, Consonun 2008-2012-ci illər ərzində 4 dəfə müxtəlif cinayətlərdən məhkum edildiyini bildiriblər.
Müxalifət.az