Polisin arvadını öldürməsi ilə bağlı yeni xəbər - XALASI QIZI AÇIQLADI

Baxış sayı:
3535

Beyləqanda polisin həyat yoldaşını boğub öldürməsi hadisəsi ilə bağlı yeni məqamlar ortaya çıxıb. Qətlə yetirilən Səidə Ağayevanın xalası qızı Fəridə Qasımova Muxalifet.az-a bildrib ki, xalası qızı həyat yoldaşına xəyanət etməyib: "Xalam qızı ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. O, ailəsinə xəyanət etməyib. 11 ildir evli idilər və hər zaman əri Mübariz ona xəyanət edib. Qonşuluqdakı qadınla yaşayıb, hər gün Səidəni döyüb incidib. Uşaqlara görə ərindən boşana da bilmirdi. Onun nə telefonu olub, nə də çəkilən şəkilləri. Sadəcə şəkilləri montaj ediblər. Baxırsan ki, şəkilərdə baş Səidənin başıdır, bədən yox. Səidənin heç zaman elə qızıl boyunbağısı olmayıb. Şəkildəki qadının isə qızıl boyunbağısı var. Şəkilləri montaj edərək elədiklərinə haqq qazandırmağa çalışırlar. Mübarizgilin ailəsi ümumiyyətlə Səidəyə şər ataraq ölümə belə ad qoyub. Xalam qızını döyüblər, bədənin hər yerində işgəncə halları vardı. Mübariz özüdə tək olmayıb. Qardaşı Ramin Ağayev, qaynanası Zarxara və Zarxaranın bacısı da Səidəni ölümündə əli var. Onlar hamısı bunu birlikdə ediblər və xalam qızını kəndirlə asıblar”.
F. Qasımova deyib  ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcəklər: “Dünən Səidənin 3 mərasimi idi, başımız qarışıq olub. İndi bu işin üstünə düşəcəyik. Tək həbs edilən Mübariz olmayacaq. Səidənin qardaşı Rusiyada işləyir. Hadisəni ondan gizlədirlər. O bilsə, gəlib bunların dünyasını başına yıxacaq”.
Qeyd edək ki, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.